ABŞ prezidenti Donald Tramp iddia edib ki, o və dövlət katibi Marko Rubio Suriya ilə bağlı "böyük bir problemi" həll ediblər.
Turkustan.az xəbər verir ki, Tramp Rubionun əla iş gördüyünü iddia edərək, "Bu gün Suriya ilə bağlı böyük bir problemi həll etdik, çoxlu sayda insanın həyatı xilas edildi" dedi.
Lakin Tramp Suriya ilə həll olunduğunu dediyi məsələ ilə bağlı heç bir detal paylaşmayıb.
Prezident Tramp dünən Suriya prezidenti Əhməd Şara ilə "çox yaxşı" görüş keçirdiyini açıqlayaraq əlavə etdi ki, "Suriya və bu bölgə ilə bağlı siyasət çox yaxşı gedir".
Aytən Yaşar/ Turkustan.az