Abbas Əraqçi: Tramp cəngəllik qanunundan danışır


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın açıqlamalarına sərt reaksiya verib.

Turkustan.az xəbər verir ki, o bildirib ki, “Tramp güc dilində sülhdən danışarkən əslində cəngəllik qanunundan danışır. Tramp kimin daha çox gücə malikdirsə, istədiyini edə biləcəyini nəzərdə tutur”.

Əraqçi bu sözləri İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasından sonra jurnalistlərə açıqlayıb. O ABŞ-ın hazırkı siyasətini İkinci Dünya Müharibəsindən sonra beynəlxalq ictimaiyyətin əldə etdiyi nailiyyətləri sarsıdan bir yanaşma kimi qiymətləndirib.

Nazir həmçinin İranın Venesueladakı səfirliyinin fəaliyyətinə də toxunub. O bildirib ki, səfirlik normal fəaliyyətini davam etdirir, səfir və diplomatik heyət vəzifələrini yerinə yetirir, vətəndaşların vəziyyəti yaxşıdır və heç bir problem yaranmayıb. Əraqçi əlavə edib ki, Tehran Venesueladakı vəziyyəti yaxından izləyir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ