Dmitri Medvedev: Merzin oğurlanması məni təəccübləndirməzdi!


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu saxlamasından sonra Almaniya kansleri Fridrix Merzin oğurlanması da heç kəsi "təəccübləndirməyəcək".

Turkustan.az xəbər verir ki, Medvedev Rusiyanın TASS xəbər agentliyinə Maduronun saxlanıldığı ABŞ hərbi əməliyyatı ilə bağlı açıqlamalar verib.

Merz üçün "neonasist" ifadəsini işlədən Medvedev bildirib ki, "Merzin qaçırılması bu karnavalda mükəmməl süjet dönüşümü ola bilər. Bu məqamda bizi təəccübləndirəcək çox şey qalmayıb".

Medvedev bu ehtimalda müəyyən qədər həqiqət payı olduğunu iddia edərək dedi: "Hətta Almaniyada belə onu təqib etmək üçün əsaslar var, buna görə də, xüsusən də vətəndaşlar lazımsız yerə əziyyət çəkirlərsə, bu, heç bir zərər verməyəcək".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ