AB Komissiyası: Qəzzaya yardım damcı-damcı deyil, sel kimi axmalıdır


Avropa Birliyinin (AB) Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə Komissarı Hadja Lahbib Qəzzaya humanitar yardımın hələ də maneələrlə üzləşdiyini qeyd edib.

Turkustan.az xəbər verir ki, atəşkəsə baxmayaraq, fələstinlilərin hələ də hər gün öldürüldüyünü vurğulayan Lahbib, iki həftə əvvəl Misirə getdiyini və Qəzzaya girməsinə icazə verilmədiyini xatırlatdı.

Lahbib, yüzlərlə yardım yük maşınının Rəfah sərhəd keçid məntəqəsində saxlanıldığına diqqət çəkərək, yardım işçilərinin çoxsaylı inzibati maneələrlə üzləşdiyini vurğuladı.

Lahbib Qəzzada ehtiyacların xüsusilə qış aylarında böyük olduğunu bildirib və əlavə edib ki, "Qəzzaya yardım damcı-damcı deyil, sel kimi axmalıdır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ