ABŞ administrasiyası İsrailin Suriya daxilindəki hücumlarının ölkədə sabitliyi poza biləcəyindən və İsrail ilə Suriya arasında mümkün təhlükəsizlik razılaşması perspektivlərini poza biləcəyindən narahatdır.
Turkustan.az xəbər verir ki, anonimlik şərti ilə ABŞ-da yerləşən Axios xəbər platformasına danışan iki yüksək rütbəli ABŞ rəsmisi bu narahatlıqların ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığından sonra qaldırıldığını bildirib.
Rəsmilər Ağ Evin Suriyaya hücumla bağlı əvvəlcədən məlumatlandırılmadığını və İsrailin keçmişdə etdiyi kimi Suriyaya hərbi kanallarla xəbərdarlıq etmədiyini bildirib.
Rəsmilər Netanyahu ilə danışaraq hücumları dayandırmağa çağırdıqlarını bildirib və əlavə ediblər: "Çünki belə davam edərsə, özünü məhv edəcək, böyük diplomatik fürsəti əldən verəcək və yeni Suriya hökumətini düşmənə çevirəcək".
Aytən Yaşar/ Turkustan.az