“11 sentyabr hadisəsi zamanı Vaşinqton və Moskva arasında gizli gərginlik dünyanı nüvə fəlakətinin astanasına sürüklədi”.
Turkustan.az xəbər verir ki, bunu 2002-2006-cı illərdə Böyük Britaniyada xidmət etmiş Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Lord Alan Uest deyib.
O qeyd edib ki, o vaxtkı prezident Corc Buş 2001-ci il sentyabrın 11-də nüvə sistemlərini işə salıb.
“Strateji hava bölmələri, qitələrarası ballistik və yeraltı raketlər eyni vaxtda hazır vəziyyətə gətirildi. Rabitə xətləri kəsildiyinə görə Buş Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlaya bilmədi. Bu hadisə Moskvada çaxnaşmaya səbəb oldu, onlar ABŞ-ın hücuma hazırlaşdığını düşünürdü”, – deyə o bildirib.
Məlumata görə, ABŞ-ın o zamankı milli təhlükəsizlik müşaviri Kondoliza Raysın müdaxiləsi sayəsində Rusiya ilə əlaqə qurulub və nüvə variantı ləğv edilib.
Lord Alan Uestin fikrincə, Rusiya NATO ilə tammiqyaslı müharibədə uduzsa, Putinin nüvə silahına əl atması ehtimalı var./Globalinfo.az