Ukrayna lideri Zelenski Türkiyəyə gəlir


Ukrayna prezidenti Zelenski İspaniyaya səfərindən sonra sabah Türkiyəyə səfər edəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ukrayna lideri bəyan edib ki, Rusiya ilə danışıqların canlandırılması onun gündəmindədir:

"Biz danışıqları canlandırmağa hazırlaşırıq və tərəfdaşlarımıza təqdim edəcəyimiz həllər hazırlamışıq. Müharibəni bitirmək üçün mümkün olan hər şeyi etmək Ukraynanın əsas prioritetidir".

Zelenski bildirib ki, Kiyev də hərbi əsirlərin mübadiləsini bərpa etməyə çalışır.

Danışıqlarda ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun da iştirak edəcəyi bildirilir.

Bildirək ki, İstanbulda Rusiya ilə Ukrayna arasında kritik danışıqlar aparılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ