Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif deyib ki, dünən paytaxt İslamabadda və noyabrın 10-da Xayber-Paxtunxva əyalətində törədilən terror aktlarından sonra Əfqanıstana qarşı transsərhəd əməliyyatın keçirilməsi ehtimalı istisna oluna bilməz.
Turkustan.az xəbər verir ki, Pakistanın Geo News kanalının məlumatına görə, Asif qatıldığı proqramda son iki gündə ölkədə baş verən terror aktlarını dəyərləndirib.
Asif iddia edib ki, Əfqanıstan hökumətinin İslamabadda və Xeyber-Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində törədilən terror aktlarından kədərləndiyini bildirən mesajı “səmimiyyət sübutu” kimi qəbul edilə bilməz.
Əfqanıstan hökumətinin Pakistana "dəfələrlə hücum etdiyini" iddia edən Asif Hindistan və Əfqanıstana xəbərdarlıq edərək, "Pakistan heç vaxt hərbi təşəbbüs göstərməyəcək, lakin heç bir hücumu cavabsız qoymayacağıq, güclə cavab verəcəyik" deyib.
Aytən Yaşar/ Turkustan.az