Tramp: “ObamaCare-ə son verin, vəsait birbaşa vətəndaşlara getsin”


ABŞ prezidenti Donald Tramp Obamacare proqramının ləğvini və tibbi sığorta şirkətlərinə ödənilən vəsaitlərin birbaşa vətəndaşlara köçürülməsini təklif edib.

Turkustan.az xəbər verir ki, Tramp ABŞ-da yerləşən Truth Social hesabında paylaşdığı açıqlamada keçmiş prezident Barak Obamanın dövründə tətbiq edilən Obamacare adlı səhiyyə islahatını sərt şəkildə tənqid edib.

Tramp bildirib ki, Obamacare çərçivəsində hər il yüz milyardlarla dollar tibbi sığorta şirkətlərinə köçürülür, lakin bu sistemin ABŞ səhiyyəsinə mənfi təsir göstərdiyini düşünür:

“Obamacare çərçivəsində sığorta şirkətlərinə göndərilən yüz milyardlarla dolların birbaşa insanlara göndərilməsini təklif edirəm ki, onlar özləri daha yaxşı səhiyyə xidməti ala bilsinlər. Başqa sözlə, o pulu böyük, pis sığorta şirkətlərindən alın və insanlara verin. Dünyanın ən pis səhiyyəsi olan Obamacare-ə son verin.”

Tramp bu fikirlərini Senatdakı Respublikaçılara ünvanladığı çağırışında da təkrarlayaraq, proqramın ləğvinin partiya üçün prioritet olmalı olduğunu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ