Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez, ölkənin Karib dənizindəki sahillərinə yaxın ərazilərdə beşdən çox döyüş təyyarəsinin aşkar edildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, dövlət televiziyası VTV-yə müsahibəsində çıxış edən nazir, Karib dənizindəki hərbi fəaliyyətin yaxından izlənildiyini vurğulayıb. Onun sözlərinə görə, Venesuelanın İnteqrasiya olunmuş Hava Hücumundan Müdafiə Sistemi ölkənin şimal sahillərində və ətraf ərazilərdə bu təyyarələri müəyyən edib.
Nazir Lopez həmin hərbi hava vasitələrinin bölgədəki varlığını “təxribat” və “milli təhlükəsizliyə birbaşa təhdid” kimi dəyərləndirib.
ABŞ-ın Karib dənizindəki hərbi fəallığına münasibət bildirən Lopez bunları deyib:
"ABŞ hökumətinin Venesuela xalqına qarşı hərbi təhdid və təzyiqlərini beynəlxalq ictimaiyyət qarşısında qəti şəkildə qınayıram. Bir daha qeyd edirəm: bu fəaliyyətlər açıq-aşkar təxribat xarakteri daşıyır."
Aytən Yaşar/ Turkustan.az