Keçmiş ABŞ komandiri: Kreml hələ ki, məşq edir


Rusiya pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanını pozması Avropada ciddi narahatlığa və geniş etirazlara səbəb olub.

Turkustan.az xəbər verir ki, hadisə xüsusilə NATO üzvü olan dövlətlər arasında gərginlik doğurub.

ABŞ-ın Avropadakı hərbi qüvvələrinin keçmiş komandanı Frederik Ben Hodges bu pozuntunun təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, Kremlin məqsədi Qərbin müdaxilə qabiliyyətini sınamaqdır:

“Kreml cavab müddətlərimizi və imkanlarımızı yoxlayaraq məşq edir. F-35 və F-22-lərin pilotsuz təyyarələrə qarşı istifadəsi hələ hazır olmadığımızı göstərir.”

ABŞ prezidenti Donald Tramp isə məsələ ilə bağlı ehtiyatlı mövqe sərgiləyib. O, Rusiya tərəfindən edilən pozuntunun səhv ola biləcəyini istisna etməyib:

“Rusiyanın pilotsuz təyyarələrlə Polşa hava məkanını pozması nə deməkdir? Buyurun,” – deyə Tramp bildirib və hadisədən məmnun olmadığını əlavə edib.

Hadisə ilə bağlı NATO və Avropa İttifaqı daxilində diplomatik müzakirələr davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ