ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan respublikaçı mühafizəkar fəal Çarli Kirkin öldürülməsi ilə bağlı İlon Mask Demokratları hədəfə alıb.
Turkustan.az xəbər verir ki, amerikalı investor Shaun Maguire X platformasında (əvvəlki Twitter) paylaşım edərək, hücumun siyasi motivli olduğunu iddia edib:
“Son on ildə Sollar bizə sağçı zorakılığın təhlükələri haqqında dərs keçdi. Amma indi Prezident Trampa qarşı sui-qəsd cəhdləri, Birləşmiş Səhiyyə Baş direktoru Brayan Tompsonun öldürülməsi və nəhayət Çarli Kirkin qətli göstərdi ki, əsl təhlükə soldadır.”
Mask Kirkin qətli ilə bağlı sosial mediada “bayram ab-havası ilə” paylaşım edən istifadəçilərə də sərt reaksiya verib:
“Soyuqqanlı bir qətli qeyd edirlər.”
Bundan əlavə, bir istifadəçinin “Əlbəttə” sözünə cavab olaraq Mask bildirib:
“Trampın diktator olacağını iddia edən solçu əsas media və Kaliforniya qubernatoru Gavin Newsom kimi fiqurlar sağçı şəxslərə qarşı isteriya yaradıb. Bu isə qeyri-sabit insanların radikallaşaraq siyasi zorakılığa əl atmasına səbəb ola bilər.”
İlon Mask daha sonra əlavə edib:
“Çarli Kirk sadəcə dediklərinə görə öldürüldü.”
Aytən Yaşar/ Turkustan.az