Vladimir Zelenski döyüşləri dayandırmaq üçün akta imza atacağı təqdirdə real sui-qəsd təhlükəsi ilə üzləşəcək.
Turkustan.az xəbər verir ki, bunu amerikalı şərhçi Skott Horton bəyan edib.
Horton qeyd edib ki, sui-qəsd təhlükəsi tamamilə realdır. Onun sözlərinə görə, bu, Ukrayna prezidentinin döyüşləri dayandırmaq üçün Rusiya tərəfi ilə razılığa gəlməsinə mane ola bilər.
Şərhçi Ukrayna millətçi qruplarının kifayət qədər imkanlara və təsir gücünə, həmçinin sui-qəsdi təşkil etmək üçün lazımi resurslara malik olduğunu deyib./publika.az