İsrail ordusu Suriyaya DAXİL OLDU


İsrail ordusunun mexanikləşdirilmiş patrulu Suriyanın cənubundakı Dəra əyalətinə daxil olaraq sərhəd yaxınlığında, Yarmuk çayı üzərində yerləşən Abdin kəndində təmizlik əməliyyatları həyata keçirib.

Turkustan.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, İsrail hərbçiləri 3 nəfəri dindirilmək üçün saxlayıb, lakin sonradan onları sərbəst buraxıblar.

Qonşu Əl-Kuneytra əyalətində isə İsrail qüvvələri radikal qruplaşmalarla əlaqəli şəxsləri axtarmaq məqsədilə yol blokları qurub. Hərbçilər altı zirehli maşınla Əl-Əcrəf kəndinə daxil olub, yerli vətəndaşların evlərində axtarış aparıb və bir neçə nəfəri həbs ediblər.

Daha əvvəl Parisdə Suriya və İsrail nümayəndə heyətləri məsləhətləşmələr apararaq 1974-cü ildən qüvvədə olan İsrail–Suriya sazişinin Colan təpələrində döyüşsüz şəraitin təmin olunmasına dair bərpa şərtlərini müzakirə ediblər.

İyunun 25-də Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəraa bildirib ki, Suriya hakimiyyəti İsrailin davamlı hücumlarının qarşısını almağa çalışır. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ