ABŞ prezidenti Bayden dövründə dövlət katibi olan Entoni Blinken bəzi Qərb ölkələrinin Fələstin dövlətini tanımaq qərarının “çox sürətli” olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Blinken Wall Street Journal (WSJ) üçün yazdığı məqalədə Fransa, Böyük Britaniya, Kanada və Avstraliyanın sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstin dövlətini tanımaq qərarını dəyərləndirib.
O, qərarın əxlaqi baxımdan düzgün olduğunu və 140-dan çox ölkənin iki dövlətli həlli dəstəklədiyi bir dünyada beynəlxalq ictimaiyyətin konsensusunu əks etdirdiyini, lakin bu addımların zamanlamasını tənqid edib.
Blinken Fransa, Böyük Britaniya, Kanada və Avstraliyanın Fələstin dövlətini tanımaqda "çox tez" olduqlarını və "planlarının işə yaramayacağını" bildirib.
“Qəzzada aclığın qarşısının alınması, məhbusların xilas edilməsi və qarşıdurmanın sona çatdırılması” məsələlərinə prioritet verilməli olduğunu müdafiə edən Blinken, “İki dövlətli həll daha sonra müzakirə oluna bilər” deyib.
Aytən Yaşar/ Turkustan.az