Trampın gizli planı: Onlara müharibə elan edəcək


ABŞ administrasiyası Meksikada narkotik kartellərinə qarşı hərbi güc tətbiq edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

Qəzetə danışan ABŞ rəsmilərinin sözlərinə görə, variantlar arasında dəniz gəmilərindən kartellərə və narkotik infrastrukturlarına raket zərbələri endirmək və pilotsuz təyyarələrdən istifadə etməklə məqsədyönlü əməliyyatlar keçirmək var.

Bu planların ABŞ prezidenti Donald Trampın vəzifəyə gəldikdən qısa müddət sonra səkkiz narkotik kartelini “xarici terror təşkilatları” adlandırması ilə əlaqəli olduğu güman edilir.

“New York Times” qəzetinin yazdığına görə, Tramp ötən cümə günü gizli şəkildə icra sərəncamı imzalayıb. Bununla ABŞ ordusunun minlərlə hərbçi yerləşdirdiyi Meksika üzərində və onun cənub sərhədi boyunca pilotsuz uçan aparatlarla müşahidə uçuşları da artırılıb.

ABŞ Hərbi Dəniz Qüvvələri də Meksika yaxınlığındakı sahil sularında əlavə patrulların aparılması üçün hərbi gəmilər göndərib./publika.az


MANŞET XƏBƏRLƏRİ