ABŞ-da erməni lobbisinə ZƏRBƏ: Adam Şiffə cinayət işi AÇILDI


ABŞ-da ermənipərəst lobbiyə daha bir ciddi zərbə vurulub.

Turkustan.az xəbər verir ki, Merilend ştatının prokurorluğu erməni maraqlarının ən fəal müdafiəçilərindən biri olan demokrat senator Adam Şiffə qarşı cinayət işi qaldırıb.

“Fox News”un məlumatına görə, ABŞ-ın Federal Mənzil Maliyyəsi Agentliyi senatorun ipoteka krediti almaq üçün gəlir və əmlakı barədə saxta məlumatlar təqdim etdiyindən şübhələnir. Bildirilir ki, Şiff bu yolla bir neçə dəfə güzəştli ipoteka şərtləri əldə etməyə cəhd edib. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ