Almaniya "gələcək müharibə" planında startap texnologiyalarından, o cümlədən "casus tarakanlar"dan istifadə edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Swarm Biotactics" şirkəti kameralardan istifadə edərək real vaxt rejimində məlumat toplamağa imkan verən, arxada gəzdirilən xüsusi çantalarla təchiz edilmiş "kiborq tarakanları"nı nümayiş etdirib.
Bildirilir ki, kansler Fridrix Merzin hökuməti startapları silahlı qüvvələrin ən yüksək eşelonları ilə birbaşa əlaqələndirmək üçün süni intellekt və startap texnologiyalarını müdafiə planlarının əsas elementi kimi görür. /bakupost.az/