İran: Nüvə obyektlərinə hücum bizim yol xəritəmizə ciddi təsir edəcək


İranın xarici işlər naziri Abbas Erakçi bəyan edib ki, ölkəsindəki nüvə obyektlərinə edilən hücumlar İranın gələcək yol xəritəsinə ciddi təsir edəcək.

Turkustan.az xəbər verir ki, Londonda nəşr olunan “El Arabiya El Cedid” qəzetinə danışan Erakçi İsraillə atəşkəs prosesi və hazırkı gündəmlə bağlı sualları cavablandırıb.

"Nüvə obyektlərinə hücum İranın gələcək yol xəritəsini ciddi şəkildə təsir edəcək", - Erakçi bildirib.

ABŞ-ın müharibəyə qarışmasının İsrailin uğursuzluğunun və rejimin müqavimət göstərə bilmədiyinin göstəricisi olduğunu iddia edən Erakçi, "ABŞ müdaxilə etsə, İranın geri çəkiləcəyini düşünürdülər. Ancaq "Xeybərşikən" adlı üçüncü nəsil raketlərlə daha güclü və qətiyyətli cavab verəndə onlar geri çəkildilər və media vasitəsilə illərdir cəhd göstərdiklərimizi göstərdilər. biz Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiqik və biz bu çərçivədə hərəkət etmək istəyirik, lakin təəssüf ki, bu müqavilə nə bizi, nə də nüvə proqramımızı qoruya bilər”.

İranlı nazir ölkəsinin nüvə sazişini imzalayan Böyük Britaniya, Almaniya və Fransa ilə vaxtaşırı görüşləri ilə bağlı da bunları qeyd edib:

"Mən İran və Avropa arasında davam edən prosesi "danışıqlar" adlandırmıram. Bu, sadəcə olaraq, İran və Avropa arasında bir görüşdür. Danışıqlar adətən razılığa gəlmək üçün aparılır. Biz Avropa ilə razılığa gəlməyə can atmırıq, Avropanın buna imkanı da yoxdur. Axtardığımız razılaşma sanksiyaların ləğvini də əhatə etməlidir ki, bu da Avropanın səlahiyyətindən kənardır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ