Trampı özündən çıxaran həmin zəng! Qışqıraraq Netanyahuya bu əmri verdi


ABŞ prezidenti Donald Trampın İsraillə İran arasında elan etdiyi atəşkəsdən sonra Tehrana doğru hərəkət edən İsrail döyüş təyyarələri ilə telefonla danışarkən baş nazir Benyamin Netanyahuya səsini ucaldaraq "hücumu dayandırın" dediyi iddia edilib.

Turkustan.az xəbər verir ki, İsrailin “Jerusalem Post” qəzetinin yüksək səviyyəli israilli mənbəyə istinadən verdiyi xəbərə görə, Trampla Netanyahu arasında səhər saatlarında telefon danışığı sərt olub.

İsrail İranı atəşkəsi pozmaqda günahlandıran və Tehrana döyüş təyyarələri göndərdiyi bir vaxtda Tramp və Netanyahu səhər telefonla danışıb.

Xəbərdə Trampın Netanyahuya səsini ucaltdığı, ona “hücumu dayandır” dediyi və Netanyahunun “nitqində çox söz almadığı, sadəcə olaraq Trampa dəfələrlə təşəkkür etdiyi” ifadə edildi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ