İsrailin İrana hücum tarixi AÇIQLANDI


ABŞ rəsmilərinə İsrailin İrana əməliyyat keçirməyə tam hazır olduğu bildirilib.

Turkustan.az xəbər verir ki, bu barədə "CBS Nyus" məlumat yayıb.

"Bu, ABŞ-ın bəzi amerikalılara regionu tərk etməyi tövsiyə etməsinin səbəbinin bir hissəsidir", - telekanal öz saytında bildirib.

Nəşrin yazdığına görə, eyni zamanda ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff yaxın günlərdə ölkənin nüvə proqramı üzrə danışıqların altıncı raundu üçün İranla görüşməyi planlaşdırır.

Qeyd edək ki, Uitkoff bundan əvvəl müdafiə naziri Pit Heqsetin təhlükəsizlik məsələləri ilə əlaqədar Yaxın Şərqdəki amerikalı hərbçilərin “könüllü getməsinə” icazə verdiyini açıqlayıb. Dövlət Departamenti də regional gərginliyin artması səbəbindən ABŞ-ın bölgədəki hökumət işçilərinin İraqı tərk etməsinə göstəriş verib. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ