İsrail Xarici İşlər Nazirliyi Kiyev səfiri Mixael Brodskinin "Patriot" raketlərini Ukraynaya ötürdüklərini açıqlayan bəyanatını rəsmən təkzib edib.
Turkustan.az xəbər verir ki, “Yedioth Ahronot” qəzetinin məlumatına görə, Nazirlik səfir Brodskinin Patriotun Ukraynaya transferi ilə bağlı işlətdiyi “ifadələrin” “doğru olmadığını” iddia edib.
Nazirlik qəzetə verdiyi açıqlamada: "Bu ifadələr doğru deyil. İsrail Patriot sistemlərini Ukraynaya ötürməyib" iddiasını səsləndirib.
Bundan əlavə, xəbərlərdə Rusiyanın Brodskinin açıqlamalarından sonra məsələ ilə bağlı İsraildən izahat tələb etdiyi də bildirilib.
Bildirək ki, İsrailin Kiyevdəki səfiri bu barədə bəyanat yaymışdı.
Aytən Yaşar/ Turkustan.az