Makron: ABŞ Ukrayna ilə davam etməyəcəksə, biz hazır olmalıyıq


Fransa prezidenti Emmanuel Makron axşam saatlarında fransız xalqına müraciət edib.

Turkustan.az xəbər verir ki, çıxışının əsas hissəsini Ukrayna müharibəsinə həsr edən Makron ABŞ-ın Ukrayna ilə davam etmədiyi təqdirdə hazır olmalı olduqlarını bildirib.

Makron Rusiyanın Avropa sərhədlərinə hörmət etmədiyini bildirsə də, Avropaya sülhün ancaq sülhsevər Rusiya ilə gələ biləcəyini vurğulayıb.

Əlavə edib ki, Ukrayna, Fransa və Avropanın təhlükəsizliyi üçün qərar nöqtəsindədir.

Makron da Ukrayna prezidenti Vladimir Zelenski kimi Rusiya ilə tarixi təcrübəyə istinad edib. Ukraynada daha əvvəl də atəşkəs əldə edildiyini bildirən Fransa lideri Rusiyanın bu atəşkəsi pozduğunu qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ