Şagirdlərin kriminal aləmə meyilliliyinin qarşısı necə alınmalıdır? – AÇIQLAMA


Ötən gün Tərtərdə iki məktəbli arasında dava baş verib. Nəticədə şagirdlərdən biri yumruq zərbəsindən sonra huşunu itirib və aparıldığı xəstəxanada ölüb.

Məktəblərdə belə hallar olduqca artmağa başlayıb.

Bəs şagirdlərin kriminal aləmə meyil etməsinin səbəbi nədir? Onların qarşısını almaq üçün ailələr və məktəblər hansı tədbirləri görməlidirlər?

Mövzu haqqında psixoloq Fərqanə Mehmanqızı Turkustan.az-ın suallarını cavablandırıb.

Kişilər var ki, özgüvən zəifliyindən qadının işləməsinə mane olur

Psixoloq bildirib ki, “kriminal aləmə meyilin əsas səbəblərindən biri serial və seriallarda kriminal obrazların təbliğ edilməsidir. Məsələn, hər hansı cinayətkar, dəstə başçısı ya cəmiyyətdə, ya ailəsi, ya da rejissor tərəfindən müsbət rolda qəhrəman kimi göstərilir. Kütlə və cəmiyyət qəhrəman yönümlüdür və özlərini qəhrəman kimi aparmaq istəyirlər. Əgər ictimaiyyətə bir qəhrəmanın cinayətkar obrazını nümayiş etdirsək, təbii ki, ona meyl edəcəklər. Və bu yeniyetmələr də özlərinə avtoritet axtaranda, özlərinə yeni qəhrəman axtardıqları dövrlərdə onlara meyllənirlər Kütləyə qəhrəman göstərildiyi zaman təbii ki, kütlə ona yönəlmiş hərəkət edəcək. İlk növbədə bu filmlərə son qoyulmalıdır. Filmlər senzuradan keçməlidir. Bu cəmiyyətə hansı mesajı verir? Bu, cinayətin asanlıqla baş verib-vermədiyini və cinayətkarın uğurlu lider olub-olmadığını aydınlaşdırır?”

Psixoloq əlavə olaraq bildirib ki, “bundan əlavə, şagirdlər həm valideynlərinin, həm də məktəb müəllimlərinin diqqət mərkəzində qalmalıdırlar. Belə şeylərin pis olduğunun və onların özgüvəninin başqa şeylərdə bərpa etməsini, onların yeniyetməlikdən özünü böyük göstərmələrinin obrazını daha aktiv işlərdə, idmanda və təhsildə özlərini göstərməklə bağlı maarifləndirmə işləri aparılmalıdır. Ailə uşaqları ilə daha çox vaxt keçirməli, onları düzgün mövqedə korreksiya etməlidirlər”.

Eltac Zülfüqaroğliu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ