Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkəmizdə 209,1 min nəfər işsizdir.
2024-cü il may ayının 1-nə olan göstəricilərə əsasən, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin 43,0 faizini qadınlar təşkil edir.
İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 412,0 manat olub.