İşğaldan azad olunmuş daha bir yaşayış məntəqəsinə qayıdış başlayır.
Əldə etdiyimiz xəbərə görə, Xocavənd rayonunun Xocavənd kəndinə ilk köç olacaq.
Fevralın 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində həmin kəndə köçəcək sakinlər arasında evlərin bölgüsünə dair püşkatma keçirilib.
Xocavəndə qayıdacaq sakinlər yaxın günlərdə doğma yurdlarına yola salınacaqlar.
Qeyd edək ki, Xocavənd rayonunun Xocavənd kəndi 19 noyabr 1991-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
Xocavəd kəndi Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror əməliyyatları nəticəsində erməni işğalından azad olunub./yenisabah.az

