Hava kəskin soyudu: Bakıya qar yağır


Ölkədə havanın temperaturu kəskin aşağı düşüb. Dünən axşam saatlarından başlayan yağıntılı hava şəraiti davam edir.

Hazırda paytaxtda havanın temperaturu təxminən 10-15 dərəcə aşağı düşüb. Ötən günlərdən fərqli olaraq, Bakıda temperatur +13 dərəcə təşkil edir. Günorta saatlarından etibarən isə yağış sulu qara çevirib. Yağmurlu hava şəraiti paytaxtda nəqliyyatın hərəkətini çətinləşdirib, mərkəzi küçə və prospektlərdə sıxlıq müşahidə olunur.

Ölkə ərazisində yağmurlu havanın şəraitinin mayın 9-u günorta saatlarınadək davam edəcəyi bildirilir. (yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ