Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?


İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin ucuzlaşıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur ki, yumurtanın qiyməti orta hesabla 45-50 faiz ucuzlaşıb.

Bəs, bu ucuzlaşmanın səbəbi nədir?

Suala aydınlıq gətirən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Bizim.Media-ya bildirdi ki, yumurtanın qiymətinin aşağı düşməsinin bir neçə səbəbi var:

“Əvvəla Novruz bayramından sonra bazarda yumurtaya tələbat xeyli azalır. Bundan əlavə, yaz aylarında kənd toyuqlarının daha çox yumurta verməsi fabrikdə istehsal olunan yumurtaya tələbatı bir qədər azaldır. Nəzərə alaq ki, təkcə fabrik yox, həm də “kənd yumurtası”nın da qiymətlər xeyli ucuzlaşıb.

Digər bir səbəb istehlakın azalmasıdır.

Əhali yaz aylarında yumurtadan daha az istifadə edir. Ucuzlaşmanın ən əsas səbəbi təklifin tələbi üstələməsidir. Hazırda toyuqçuluq fabrikləri bazara daha çox yumurta çıxardırlar. Hazırda ölkənin gündəlik yumurta tələbatı 3 milyon 200 min ədəddir. Amma hazırda ölkə üzrə gündəlik 5 milyon ədəd yumurta istehsal olunur. Yaranmış bolluq gündəlik satış qiymətinə də öz təsirini göstərir. Məhz sadaladığımız səbəblərə görə yumurtanın qiyməti xeyli aşağı düşüb”.


MANŞET XƏBƏRLƏRİ