Azərbaycan Prezidenti: “Sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq” - VİDEO


“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.

Turkustan.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

Kansler Olaf Şoltsun dəvəti ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşdüklərini xatırladan dövlət başçısı bildirib:

“Növbəti görüş Qazaxıstanda planlaşdırılacaq və beləliklə, sülh sazişinin imzalanmasına doğru biz əlavə addımlar atırıq”.


MANŞET XƏBƏRLƏRİ