Rusiyalı qadın 12 barmağı olan üçüncü uşağını dünyaya gətirdi


Rusiyada Ufa şəhərindəki Perinatal Mərkəzin həkimləri qeyri-adi irsiyyətli bir xəstə uşağın doğumunda iştirak ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə tibb müəssisəsinin mətbuat xidmətindən məlumat verilib.

“Bu uşaq ailənin üçüncü oğlan uşağı idi və böyük qardaşları kimi qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Bu uşağın hər iki ayağında da əlavə barmaq olub".

Qadın üçüncü uşağı kimi analarından qeyri-adi xüsusiyyəti miras alan iki böyük uşağı artıq barmaqların çıxarılması əməliyyatı üçün Sankt-Peterburqa aparıb. Yeni doğulan körpə də bir yaşı tamam olanda oxşar müdaxiləyə məruz qalacaq.

Oğlan 4000 qram çəki ilə sağlam doğulub.

“Əməliyyat otağında işləyərkən bir sıra çətinliklərlə qarşılaşdıq, lakin nəticə bütün gözləntiləri üstələdi”, - deyə mərkəzin mətbuat xidmətindən bildirilib. /sfera.az/


MANŞET XƏBƏRLƏRİ