Z nəsli niyə tez qocaldı? - ARAŞDIRMA


Z nəslinin yaşlarından daha yaşlı göründüyü iddiası sübuta yetirilib. Yeni bir araşdırma bu gənclərin mobil olaraq daha sürətli qocaldığını aşkar etdi.

Turkustan.az xəbər verir ki, Z nəsli 1997-2012-ci il təvəllüdlü insanlar üçün istifadə olunur. Bildirilib ki, Z nəslinin bir çox nümayəndələri, indiki gənclər yaşlarından daha yaşlı görünürlər, hətta bəzilərinin saçları ağarıb. Yeni bir araşdırma elmi olaraq Z nəslinin daha sürətli qocaldığını sübut etdi. Vaşinqton Universiteti Tibb Fakültəsinin hesabatı bu həqiqəti dünyaya açıqlayıb.

Konfransda nəşr olunan hesabatda ağciyər, mədə, bağırsaq və uşaqlıq kimi xərçəng növlərinin gənc olmasına baxmayaraq Z nəslində tez-tez görüldüyü ifadə edilib. Bunun gənclərdə daha sürətli hüceyrə qocalması ilə əlaqəli olduğu bildirildi. “Sürətli qocalmanı” ortaya qoyan araşdırmada gənclərin hüceyrələrinin yaşı onların həqiqi yaşından böyük olub. Bioloji yaş qandakı hüceyrələrə baxmaqla ölçülür.

Alimlər Z nəslinin sürətli qocalmasını və xərçəng riskinin artmasının gələcəklə bağlı narahatlıqlar, qidalanma və siqaret aludəliyi ilə əlaqələndirirlər. Bir çox araşdırmalar göstərir ki, müasir həyatın sürəti və qeyri-müəyyənliyi, fast food qidalanması, aludəçilik, təbiətdən uzaqda yaşamaq qocalığı sürətləndirir. Digər tərəfdən, bu nəslin qızlarının dərilərinə zərər verən kosmetik vasitələrdən istifadə etdikləri məlumdur.

ABŞ-da aparılan akademik bir araşdırmada yaşlı hüceyrələrə malik Z nəslinin üzvlərində ağciyər xərçəngi riski iki dəfə, mədə xərçəngi riski yüzdə 60, uşaqlıq yolu xərçəngi riski isə yüzdə 80 daha yüksək idi. Akademiklər, 1965-ci ildən sonra hər nəsildə sürətli qocalma və buna görə də xərçəng riskinin artdığına dair sübutların olduğunu söylədi. Bu, Z nəslinin ailə böyüklərindən daha erkən yaşda xərçəngə tutulma riskinin olduğunu göstərir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ