“Sərhədin demarkasiyası komissiyalarının aprelin 19-da keçirilən iclasında qəbul edilmiş protokola uyğun olaraq Tavuş istiqamətində 4 kənd üzrə sərhəd xətlərinin müəyyənləşdirilməsi razılaşdırıldı”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib.
“Ermənistanın Bağanis, Voskepar, Kirants və Berkaber kəndləri ilə Azərbaycanın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri arasında sərhəd xətləri razılaşdırılıb. Komissiya üzvləri bu sərhəd hissələrinin təsviri-protokollarını imzalayıblar. Proseslə bağlı sərhədin Berkaber hissəsində problem yox idi. Əvvəl Bağanisdə müəyyən problemlər vardı, sonra aradan qaldırıldı.
Voskeparda kilsənin yeri ilə bağlı çətinliyin olacağı deyilsə də, heç bir problem yaşamadıq. Çünki kilsə ilə sərhəd xətti arasında kifayət qədər məsafə var. Sadəcə Kirantsda müəyyən problemlər qalıb ki, bunlar da müzakirədə həll ediləcək. 10 gündür ki, Ermənistanın Sərhəd Qoşunları Bağanis-Voskepar bölməsində xidmət edir. Sərhəd dirəkləri yerləşdirildiyi gündən sərhədçilər həmin hissədə qərarlaşdılar “./Globalinfo.az