Xuraman xanım Muradova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçildi


Azərbaycan ictimaiyyətində xeyirxahlığın simvoluna çevrilən, gördüyü gözəl işlərlə ürəklərdə özünə uca taxt quran, dövlətimizə və dövlətçiliyimizə son dərəcə sədaqətini əməlləri ilə əyani şəkildə sərgiləyən tanınmış ictimai xadim Xuraman xanım Muradova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə "Türk dünyasına müstəsna xidmətlərinə, çoxşaxəli xeyriyyəçilik fəaliyyətinə, Türk dünyasının mədəniyyət müstəvisində Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafına verdiyi töhfələrə görə "Fəxri professor" adına layiq görülüb.

Açıklama yok.

Turkustan.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xuraman xanım Muradovaya bu möhtəşəm Elmlər Akademiyasının fəxri professorluq diplomunu, və "Uluslararası Altın Madalya" ("Beynəlxalq qızıl ulduz") medalını Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ufuk xanım Turganer təqdim edib. Xanım səfir Ufuk Turganer çox hörmətli Xuraman xanım Muradovaya bu ödülü verməkdən son dərəcə qürur hissi keçirdiyini dilə gətirib. Xanım səfir öz çıxışında vurğulayıb ki, Xuraman xanım Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) Elmi Şurasının qərarı ilə türk dünyası qarşısındakı mühüm xidmətlərinə, Türkiyə-Azərbaycan mədəni-ədəbi əlaqələrinin genişləndirilməsi istiqamətində məhsuldar çalışmaları, təqdirəlayiq əməyi, dəyərli töhfələrinə görə mükafatlandırılıb.

Bir məqamı xüsusilə vurğulamalıyıq ki, Xuraman xanımın aldığı bu fəxri adı – “Fəxri professor” titulu bu günə qədər Azərbaycan miqyasında barmaqla sayılacaq görkəmli şəxsiyyətlərə verilib.

Açıklama yok.

Akademik, Əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, akademik, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyev , AMEA-nın həqiqi üzvü , Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezident Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının prezidenti Arif Mehdiyev, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə də Xuraman xanımın layiq görüldüyü həmin bu mükafata layiq görülüb.
Ədəbi yaradıcılığı Azərbaycanda sevildiyi qədər Xuraman xanım Muradovanın kitabları qardaş Türkiyəmizdə, Özbəkistanda – bütün Türk dünyamızda sayğı, rəğbət və heyranlıqla qarşılanır, sevilə-sevilə oxunur. Elə bu üstün keyfiyyətlərinə görə də bu il keçirilən Türk Dünyası Ədəbiyyat festivalında qardaş Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı tərəfindən Xuraman xanım Muradovaya Türkiyənin ən üstün səviyyəli təltifi sayılan Türk Dünyası “Onur” medalı təqdim olunmuşdur.

Xuraman xanım Muradova Azərbaycan ədəbi mühitində xüsusi yerinə və ölkəmizin ictimai-həyatında müstəsna xismətlərinə görə bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyi tərəfindən “Humay Milli mükafatı laureatı” seçilmişdir. Azərbaycanda işıq üzü görən “Sənə məktub yazacam”, Türkiyədə “Gülnar” yayınlarında dərc edilən “Ay Laçın, can Laçın”, Türk ədəbiyyatı vakfının “Turay” kitab nəşriyyatında yayınlanan “Sana mektub yazacağım” kitablarının müəllifi, istedadlı şairə Xuraman xanım Muradova həm Azərbaycan Yazıçılar Birliyinin üzvü, həm də Türkiyə Yazarlar Birliyinin üzvüdür. Şeirləri geniş oxucu kütləsinin və ədəbi ictimai ictimaiyyətin böyük sevgisi ilə dillər əzbəridir. Dəyərli Xuraman xanımın qürurverici nailiyyətlərinə öz uğurumuz kimi sevinir, insanlığa örnək olası mükəmməl işlərini ürəkdən alqışlayır, ona möhkəm can sağlığı və fəaliyyətində bol-bol uğurlar edirik!

Xəyalə Zərrabqızı


MANŞET XƏBƏRLƏRİ