Ermənistanın dəqiq ərazisi nə qədərdir? – Paşinyan açıqladı


“Biz Ermənistan Respublikası dedikdə 29 min 743 kvadrat kilometr ölçüsündə ərazini nəzərdə tuturuq”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında deyib.

Paşinyan bildirib ki, onun hakimiyyəti müddətində bir sıra məsələlərlə bağlı praktik problemlərin olduğu ortaya çıxıb:

“Bu gün bəzi problemlərin həll olunmaması müstəqillik, suverenlik, dövlətçilik ideyaları və praktikaları ilə uyğunsuzluğu ortaya çıxardı. Hazırda Ermənistanın inkişafı strategiyasına yenidən baxılması zərurəti yaranır”.

Qeyd edək ki, baş nazirin mətbuat konfransında təqdimatı slaydlarla etməsi və kadrların sonunda Araqats dağının (Alagöz dağı – red.) olması diqqət çəkib. (globalinfo.az)


MANŞET XƏBƏRLƏRİ