Dəhşət: Öldürdüyü şəxsin qulağını və gözünü yedi


Las-Veqasda avtobus dayanacağında dalaşdığı adamı başını betona vuraraq öldürən şübhəli polis qrupları tərəfindən yaxalanıb öldürdüyü adam.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Nevada ştatında baş verən dəhşətli qətl qan dondurdu. Las-Veqasda Kolin Çex adlı 31 yaşlı kişi naməlum səbəbdən şəhərin mərkəzindəki avtobus dayanacağında Kennet Braunla mübahisə etməyə başlayıb.

Mübahisə qısa müddətdə böyüyərkən Çex dalaşdığı şəxsi başını betona vuraraq öldürüb. Hadisəyə polis müdaxilə edib və Çex nəzarətə götürülüb, Braunun cansız bədəni isə yarılma üçün xəstəxanaya aparılıb.

Müayinə zamanı meyitin kəllə sümüyündə dərin yarığın olduğu, bir gözünün və qulağının olmadığı müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, çex öldürdüyü şəxsin qulağını və gözünü yeyib.

Çex polisə verdiyi ifadəsində həmin şəxsin ona hücum etdiyini, evsiz olduğunu və 5 gündür yatmadığını bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ