İŞİD məscidə hücuma görə məsuliyyəti üzərinə götürdü


Əfqanıstanda məscidə hücum nəticəsində 6 nəfər həyatını itirib. Hücumu İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Turkustan.az xəbər verir ki, Əfqanıstanın qərbindəki Herat əyalətində məsciddə namaz qılınarkən silahlı hücum nəticəsində 6 nəfər həyatını itirib.

Taliban administrasiyasının Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Kani Metin sosial media platformasında verdiyi açıqlamada, Güzera rayonunda məscidə hücum edən şəxsin Kalaşnikov avtomatından atəş açması nəticəsində 6 nəfərin həyatını itirdiyini bildirib.

Metin hadisə ilə bağlı ətraflı açıqlamanın daha sonra veriləcəyini qeyd edib.

Digər tərəfdən TOLO News kanalı şiə məscidinə edilən hücumda aralarında məscid imamı da daxil olmaqla 7 nəfərin öldüyünü açıqlayıb.

Hücumu İŞİD terror təşkilatı öz üzərinə götürüb. İŞİD Telegram-da verdiyi açıqlama ilə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ