ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərdi


İsraillə İran arasında gərginliyin artmasından sonra ABŞ-ın Yaxın Şərqə əlavə qüvvələr göndərdiyi iddia edilib.

Turkustan.az xəbər verir ki, İsraillə İran arasında gərginliyin artmasından sonra ABŞ-ın Yaxın Şərqə əlavə qüvvələr göndərdiyi iddia edilib.

Beynəlxalq mediada ABŞ Müdafiə Nazirliyi rəsmilərinə əsaslanan xəbərlərdə ABŞ-ın bölgədəki qüvvələrinin müdafiə gücünü artırmaq və regional çəkindirməni dəstəkləmək üçün Yaxın Şərqə əlavə qüvvələr göndərdiyi bildirilir.

Digər tərəfdən, ABŞ-ın iki rəsmisi “Politico” xəbər saytına verdiyi açıqlamada İranın Vaşinqtondan reaksiya görməyəcək və regional münaqişəyə səbəb olmaqdan qaçacaq ciddi cavab strategiyası yaratdığını bildirib.

Adının açıqlanmasını istəməyən rəsmilər deyiblər: "İran yaxın günlərdə İsrailə raket və pilotsuz təyyarələrin qarışığı ilə adi hava hücumu təşkil etməyi planlaşdırır".

Hər iki rəsmi İranın ABŞ-ın hərbi reaksiyasına səbəb olmayacaq İsrailə hücum edə biləcəyinə tam əmin olmadıqlarını bildirsələr də, İranın regional böhranı gərginləşdirmək niyyətində olmadığını bildiriblər.

Bir rəsmi qeyd edib ki, Vaşinqton bu həftənin sonunda İranın İsrailə hücum edəcəyini gözləyir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ