ABŞ-da ara seçkilərə iki aydan az vaxt qaldığı bir vaxtda rəy sorğuları Respublikaçılar Partiyasına dəstəyin azaldığını göstərir.
Turkustan.az xəbər verir ki, bu fonda Prezident Donald Tramp və milyarder iş adamı Elon Maska yaxın siyasi qruplar Nümayəndələr Palatası və Senat seçkiləri üçün xərclərini əhəmiyyətli dərəcədə artırıblar.
Turkustan.az xəbər verir ki, Konqresdə qüvvələr balansını müəyyən edəcək seçkilər yaxınlaşdıqca Respublikaçılar milyonlarla dollarlıq reklam və seçici səfərbərliyi kampaniyalarına daha çox vəsait ayırmağa başlayıblar.
Trampı dəstəkləyən siyasi fəaliyyət komitəsi MAGA Inc. Texas Senatına seçkilərdə respublikaçı namizəd Ken Pakstonu dəstəkləmək üçün onun demokrat rəqibi Ceyms Talarikoya qarşı reklamlara təxminən 10 milyon dollar xərcləyib.
Elon Maskın siyasi fəaliyyətinin əsas qurumlarından biri olan America PAC isə təkcə bu həftə ölkə üzrə respublikaçı namizədlərin dəstəklənməsinə 3,7 milyon dollar ayırıb.
Beləliklə, Tramp və Maska yaxın siyasi strukturlar Respublikaçıların Konqresdəki çoxluğunu qorumaq uğrunda mübarizəsinə birbaşa maliyyə dəstəyini gücləndiriblər.
Aytən Yaşar/ Turkustan.az