Nepalda daşqınların 10-cu günündə baş verən möcüzə


Nepal-Çin sərhədində avqustun 26-da baş verən və 1 344 nəfərin ölümünə səbəb olan daşqınlardan sonra dağıntı və palçıqla dolu tuneldə qalan Çin vətəndaşı 10 gün sonra xilas edilib.

Turkustan.az xəbər verir ki, Nepal ordusu və xarici mütəxəssislərdən ibarət xilasetmə qrupu Rasuva bölgəsindəki su elektrik stansiyasının tunelində, girişdən 225 metr məsafədə ilişib qalan işçini aşkarlayıb və təhlükəsiz şəkildə xilas edib.

Xilasetmə qrupları bundan əvvəl “Trişuli 3A” su elektrik stansiyasının tunelində doqquz gün qalan iki Nepal vətəndaşını da sağ çıxarıb.

Məlumata görə, ölkədəki 12 su elektrik stansiyasında təxminən 900 işçinin itkin düşdüyü, 500-ə yaxın şəxsin isə tunellərdə qaldığı ehtimal edilir. Nuvakot bölgəsində 60 yaşlı qadın da dağıntılar altında qalan evdən sağ xilas edilib.

Daşqınlar nəticəsində Nepalda 1 344 nəfərin öldüyü, 4 887 nəfərin isə itkin düşdüyü bildirilir.

Aytən Yaşar/ Turkustan.az

Nepalda daşqınların 10-cu günündə baş verən möcüzə.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ