Britaniya hökumətində qalmaqal: Baş nazir aldadıldı


Böyük Britaniyanın Baş naziri Endi Börnhemin ABŞ Prezidenti Donald Trampın aparat rəhbəri Syuzi Uaylsı təqlid edən şəxslə mesajlaşdığı bildirilir.

Turkustan.az xəbər verir ki, “Politico”nun dörd məmura istinadən yaydığı məlumata görə, Börnhem Uaylsı təqlid edən şəxslə əlaqə saxlayıb. Baş nazir daha sonra qarşı tərəfin real olmadığından şübhələnib.

Börnhemlə saxta Uayls arasında nələrin müzakirə edildiyi və mesajlaşmanın nə vaxt baş verdiyi açıqlanmayıb.

Böyük Britaniya Baş nazirinin ofisi xəbərlə bağlı açıqlamasında “Milli təhlükəsizlik məsələləri ilə bağlı şərh vermirik” deyib.

Mənbələrin bildirdiyinə görə, Börnhem Baş nazir vəzifəsinə başladıqdan sonra sözügedən şəxslə bir neçə mesaj mübadiləsi aparıb. Lakin həmin yazışmaların “heç bir əhəmiyyət daşımadığı” bildirilib. Şübhəli mesajların isə dərhal aidiyyəti qurumlara məlumat verildiyi qeyd olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ