Maykl Ceksonun filmi 1 milyard dollardan çox gəlir əldə etdi


Pop kralı Maykl Ceksonun həyat və yaradıcılığından bəhs edən "Maykl" bioqrafik dramı dünya üzrə kassada 1 milyard dollardan çox gəlir əldə edib.

Turkustan.az xəbər verir ki, film Şimali Amerikada 371,8 milyon, digər ölkələrdə isə 629,8 milyon dollar olmaqla ümumilikdə 1 milyard dollardan artıq gəlir qazanıb.

"Lionsgate" və "Universal"ın təqdim etdiyi ekran əsəri 12 həftə kinoteatrlarda nümayiş olunduqdan sonra bu göstəriciyə çatıb.

"Maykl" 2026-cı ildə 1 milyard dollarlıq kassa həddini aşan ikinci film olub. Bu uğura daha əvvəl "Super Mario: The Movie Galaxy" nail olmuşdu.

Film eyni zamanda "Lionsgate" studiyasının tarixində kassada 1 milyard dollardan çox gəlir əldə edən ilk ekran əsəri kimi də tarixə düşüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ