Qriqoryan Şirvanzadə məktəbində səs verdi - Divarların vəziyyəti müzakirə mövzusu oldu


Bu gün Ermənistanda keçirilən parlament seçkilərində ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da səs verib.

Turkustan.az xəbər verir ki, Qriqoryan İrəvandakı Aleksandr Şirvanzadə adına 21 nömrəli ibtidai məktəbdə yerləşən 4/41 saylı seçki məntəqəsində səsvermədə iştirak edib.

Jurnalistlərə açıqlamasında o, Ermənistanın suverenliyi, demokratiyası, sabitliyi və inkişafı naminə səs verdiyini bildirib.

Qriqoryanın səs verdiyi məktəbdən yayılan görüntülər isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Kadrlarda binanın müəyyən hissələrinin təmirə ehtiyac duyduğu diqqət çəkir.

Müzakirələr fonunda bəzi istifadəçilər hökumətin son illərdə təhsil infrastrukturunun yenilənməsi ilə bağlı açıqlamalarını xatırladaraq, məktəblərin mövcud vəziyyəti ilə bağlı suallar qaldırıblar. Rəsmi qurumlar isə son illər ərzində çoxsaylı təhsil müəssisəsində təmir və yenidənqurma işlərinin həyata keçirildiyini bildirirlər. (Globalinfo.az)

Photo


MANŞET XƏBƏRLƏRİ