Bu, müharibənin gedişatını dəyişdirəcək! Türkiyədən partlamayan, amma dağıdan raket


Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan SAHA İstanbulun təşkil etdiyi SAHA 2026 sərgisi İstanbul Sərgi Mərkəzində davam edir.

Turkustan.az xəbər verir ki, sərgi çərçivəsində keçirilən “Yeni Sursat Texnologiyaları və Yeni Nəsil Raket Sistemləri” panelində sursat texnologiyalarının və yeni nəsil raket sistemlərinin strateji əhəmiyyəti müzakirə olunub.

Paneldə çıxış edən ROKETSAN-ın baş direktoru Murat İkinci bildirib ki, sursat texnologiyaları daim yenilənir və şirkət bu dəyişikliklərə sürətlə uyğunlaşmağa çalışır.

O, həmçinin ROKETSAN-ın SAHA 2026 sərgisində nümayiş etdirdiyi diqqətçəkən məhsullardan biri olan NEŞTER sistemi barədə məlumat verib. İkinci qeyd edib ki, partlayıcı döyüş başlığı daşımayan bu sistem yalnız təhdidləri zərərsizləşdirmək məqsədilə hazırlanıb və xüsusilə həssas əməliyyatların tələbatından yaranıb.

“Silahlı Qüvvələrimiz əlavə və istənməyən zərərlərə qarşı çox həssasdır. NEŞTER də məhz bu yanaşmanın nəticəsidir. Sistemin əsas fəlsəfəsi partlayıcı maddədən istifadə etmədən təhlükə yaradan mexanizmi neytrallaşdırmağa əsaslanır. MAM-L məhsulumuzun partlayıcı hissəsi çıxarılıb və onun yerinə fərqli mexanizm inteqrasiya edilib”, – deyə, Murat İkinci bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ