“Moskva Ankoricdə aparılan danışıqlarda Vaşinqtonun Ukrayna ilə bağlı təklifini qəbul edib, kişicəsinə yanaşsaq, problem həll olunmalıdır”.
Turkustan.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Bizə deyirlər ki, Ukrayna problemini həll etmək lazımdır. Ankoricdə ABŞ-nin təklifini qəbul etmişik. Onlar təklif etdilər, biz də razılaşdıq, kişicəsinə yanaşsaq, problem həll olunmalıdır”, - nazir qeyd edib.
Lavrov əlavə edib ki, Rusiya Vaşinqtonun Ukrayna ilə bağlı təklifini qəbul etməklə, ABŞ ilə tammiqyaslı, geniş və qarşılıqlı faydalı əməkdaşlığa keçməyə hazır olduğunu nümayiş etdirib:
“Amma praktikada bunların əksini görürük, yeni sanksiyalar tətbiq olunur, BMT-nin Dəniz Hüququ Konvensiyasını pozaraq açıq dənizlərdə tankerlərə qarşı müharibə aparılır. Hindistan və digər tərəfdaşlarımıza ucuz və əlçatan Rusiya enerji daşıyıcılarını almağı qadağan etməyə çalışırlar, Avropaya isə bunu çoxdan qadağan ediblər, onları baha qiymətə Amerika mayeləşdirilmiş təbii qazını almağa məcbur edirlər. Amerikalılar iqtisadi müstəvidə iqtisadi dominantlıq məqsədi elan ediblər”./teleqraf