BMT: Almaniyanın silah ixracı qərarı ciddi hüquqi məsuliyyət yaradır


BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Əl-Kheetan Almaniya hökumətinin İsrailin Qəzzaya hücumları səbəbiylə silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarı ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Thameen Al-Kheetan sualları belə cavablandırıb: "Almaniya hökumətinin İsrailin Qəzzaya hücumları səbəbiylə tətbiq etdiyi silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağa qərar verdiyi bildirilir. İsrailin Qəzzaya hücumlarına davam etməsinə baxmayaraq, bu qərarı necə qiymətləndirirsiniz?"

Əl-Khetan beynəlxalq humanitar hüququn həm atəşkəs zamanı, həm də aktiv münaqişələr zamanı qüvvədə olduğunu bildirib və insan hüquqlarına hər zaman hörmət edilməli olduğunu vurğulayıb.

"Bir daha bildiririk ki, üçüncü dövlətlər beynəlxalq humanitar hüquqa riayət olunmasını və müvafiq olaraq, silah təhvilinin bu qanunun pozulmasına gətirib çıxarmamasını təmin etmək üçün məsuliyyət daşıyırlar. Beynəlxalq Silah Ticarəti Müqaviləsi iştirakçısı olan Almaniya, silah ixracının beynəlxalq humanitar hüquq və insan hüquqlarının ciddi pozuntularını törətmək və ya asanlaşdırmaq üçün istifadə edilməsi potensialını qiymətləndirmək üçün əlavə öhdəliklərə malikdir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ