Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, hər il dünyada 10 milyon hektar tropik meşələr yox olur.
Turkustan.az xəbər verir ki, BMT-nin Cenevrə ofisi ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında mövzu ilə bağlı paylaşım edib.
"Dünya hər il 10 milyon hektar tropik meşələri itirir. İtirilmiş hər hektar daha az biomüxtəliflik, daha zəif iqlimə davamlılıq və cəmiyyətlər üçün daha böyük risklər deməkdir", - postda deyilir.
Yazıda həmçinin qeyd olunub ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP30) Tərəflərin 30-cu Konfransı meşələrin qırılmasını dayandırmaq və təbiətin bərpasına sərmayə qoymaq üçün bir fürsətdir.
Aytən Yaşar/ Turkustan.az