Türkiyənin Kocaeli bölgəsinin Dilovası rayonunda bir anbarda çıxan yanğında 6 nəfər həyatını itirdi.
Turkustan.az xəbər verir ki, Memar Sinan məhəlləsində səhər saat 09:00 radələrində iki mərtəbəli ətir doldurma məntəqəsində baş verən yanğın naməlum səbəbdən başlayan yanğın qısa zamanda ətrafa yayılıb. Alov bitişik binanın damına keçib. Sakinlər 112 Təcili Zəng Mərkəzinə məlumat verib . Hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri və polis göndərilib. Tezliklə gələn yanğınsöndürənlər yanğını söndürüblər.
Kocaeli valisi İlhami Aktaş yanğının tamamilə söndürüldüyünü və 6 nəfərin həyatını itirdiyini bildirib. Daxili İşlər Naziri Əli Yerlikaya canlı yayımda çıxışı zamanı biri ağır olmaqla 5 nəfərin yaralandığını bildirib.
Aytən Yaşar/ Turkustan.az