Livan prezidenti Cozef Aun verdiyi açıqlamada hücumları pisləyib.
Turkustan.az xəbər verir ki, İsrail ordusu Livanın cənub və şərqindəki qəsəbələrə 10-dan çox hava zərbəsi endirərək atəşkəsi növbəti dəfə pozub. Nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Livanın NNA xəbər agentliyində yer alan xəbərə görə, İsrail ordusu Livanın cənubunda Nəbatiyyə, Səidə, Mərcayun və Bint Cubeyl, şərqdə isə Bekaa bölgəsində Baalbek şəhərlərini hədəf alıb.
İsrail döyüş təyyarələrinin həyata keçirdiyi şiddətli hücumların bəzilərinin karxanaları və sement fabriklərini hədəf aldığı bildirilir.
İsrail döyüş təyyarələri Nəbatiyyənin Rumin və Humin qəsəbələri arasındakı əraziyə hava hücumu həyata keçirib.
İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Fevka qəsəbəsinin şimal bölgələrindəki Əli əl-Tahir bölgəsinə hücum edib.
Aytən Yaşar/ Turkustan.az