Rusiya prezidenti Vladimir Putin Avropa və NATO ilə bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Vladimir Putin Avropadakı elitaların Rusiya ilə müharibənin qaçılmaz olduğunu deyərək isteriya yaratdığını, Rusiyanın NATO-ya hücum edəcəyinə inanmağın mümkün olmadığını bildirib.
Vladimir Putin Ukraynada sülhün əldə olunmamasında Avropanı günahlandırıb.
“Əgər kimsə hərbi sahədə rəqabət aparmaq istəyirsə, Rusiya bir neçə dəfə sübut edib ki, o, tez cavab verir”, - Putin bildirib.
Aytən Yaşar/ Turkustan.az