Ukraynaya dəstəyinə görə Əliyevə təşəkkür edirəm - Zelenski


Vladimir Zelenski Kopenhagədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirib.

Turkustan.az xəbər verir ki, görüşdə əsas diqqət enerji əməkdaşlığına və mümkün müdafiə tərəfdaşlığına yönəlib.

Bu barədə Ukrayna dövlət başçısı "Telegram" hesabında məlumat verib.

"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm. Ona Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi prinsipial və ardıcıl dəstəyə görə təşəkkür etdim. Biz Ukraynada ədalətli sülh üçün diplomatik səyləri, enerji əməkdaşlığını və potensial müdafiə tərəfdaşlığını müzakirə etdik. Gələcək təmaslar barədə razılığa gəldik", – Zelenski bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ